Premyer Liqa: “Sabah”la “Turan Tovuz”un ilk heç-heçəsi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu oyunu “Sabah”la “Turan Tovuz” arasında baş tutub.

Murad Musayevin istefasından sonra baş məşqçisiz qalmış “Sabah”ı bu oyuna İqor Ponomaryov çıxarmışdı. Amma matçın protokolunda komandanın məşqçisi kimi Rəşad Eyyubovun adı qeyd olunub.

Tərəflərin əvvəli 6 oyununda heç vaxt heç-heçə qeydə alınmamışdı. “Bayquşlar” 4, tovuzlular 2 qələbə qazanmışdılar. Son 5 oyunda meydan sahibi olan komanda xal qazanmamışdı.

Komandaların turnir cədvəlində qonşu olması da bu oyuna marağı artırırdı. Paytaxt təmsilçisi bu tura qədər 26 xalla 7-ci, “Turan Tovuz” isə 25 xalla 8-ci idi.

Bu görüşdə hesabı tovuzlular açıblar. Amma meydan sahibləri elə ilk hissədəcə buraxılan qolun əvəzini çıxmağı bacarıblar. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb və “Sabah”la “Turan Tovuz” ilk dəfə “sülh”ə razılaşıblar.

Premyer Liqa
21-ci tur
3 fevral

“Sabah” – “Turan Tovuz” 1:1
Qollar: Kahim Parris, 22 – Aleks Souza, 11.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
“Masazır Arena”, 17:30.

Sabah: 1. Yusif İmanov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybullayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Məşqçi: Rəşad Eyyubov.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 66. Ayxan Abbaszadə, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 9. Belaydi Pusi.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: