Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutacaq.
“Sumqayıt”la “Neftçi” arasındakı qarşılaşma yenidən inşa olunmuş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Bu, sözügedən arenada uzun illər sonra baş tutan ilk çempionat oyunu kimi tarixə düşüb.
Qarşılaşmanı əlamətdar edən daha bir məqam hər iki komandanın lider “Qarabağ”ın əsas izləyiciləri olması idi. Belə ki, “Neftçi” bu oyundan öncə 32 xalla 2-ci, “Sumqayıt” isə 31 xalla 3-cü sırada qərarlaşmışdı. Komandalar liderə yaxınlaşmaq üçün meydanı qələbə ilə tərk etməyi hədəfləmişdilər.
Bu komandalar daha öncə 45 oyunda üz-üzə gəlmişdilər. Həmin oyunlarda sumqayıtlılar 13, bakılılar 23 qələbə qazanmışdılar, 9 görüşdə isə heç-heçə qeydə alınmışdı.
Bugünkü oyunda qapılara üç qol vurulub. Qələbəni isə sumqayıtlılar bayram ediblər. Xüsusilə də meydan sahiblərinin qələbəsində əsas pay sahibinə çevrilən Kazimir Ninqa yenilənmiş arenada həm ilk qolun, həm də ilk dublun müəllifinə çevrilib. Bu qələbədən sonra xalını 34-ə çatdıran “Sumqayıt” “Neftçi”ni geridə qoyub və lider “Qarabağ”ın əsas izləyicisinə çevrilib.
İkinci oyun gününün digər görüşü Qəbələdə keçiriləcək. Burada “Qəbələ” ilə “Zirə” komandaları qarşılaşacaqlar. Bu oyuna saat 17:30-da start veriləcək. Tura sabah keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, ilk oyun günündə “Səbail” evdə “Qarabağ”a 1:2 hesabıyla uduzub. “Sabah” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Premyer Liqa
21-ci tur
4 fevral
“Sumqayıt” – “Neftçi” 2:1
Qollar: Kazimir Ninqa, 8; 37 – Filip Ozobiç, 90+7-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.


