Premyer Liqada 16-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli məlum olub.

Arena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun mərkəzi görüşündə “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Son çempion “Qarabağ”ın rəqibi isə “Sumqayıt” olacaq.

Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral

16:00. Səbail – Sabah
“ASCO Arena”

18:00. Sumqayıt – Qarabağ
Sumqayıt şəhər stadionu

20 fevral

16:00. Keşlə – Zirə
“ASK Arena”

18:00. Neftçi – Qəbələ
8-ci km stadionu

Xəbəri sosial şəbəkələrdə paylaş: