Premyer Liqada 7-ci dəfə “Qarabağ”ın futbolçusu bombardir oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub. Arena.az xəbər verir ki, bu mükafata “Qarabağ”ın futbolçusu Kadi Borges Malinovski yiyələnib.

Braziliyalı legioner mövsümdə 12-ci qolunu son turda vurub. Bununla da Azərbaycan çempionatları tarixində 7-ci dəfə “Qarabağ”ın üzvü bombardir adına yiyələnib.

Cari mövsümün son oyunu olan “Qarabağ” – “Neftçi” qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Kadi Borges Malinovskiyə xüsusi hədiyyə təqdim edilib.

Qeyd edək ki, Kadi Borges Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir.

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardirləri siyahısında “Qarabağ”ın daha iki futbolçusu yer alıb. Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç və hücumçusu İbrahima Vadji də 11 qol vurub. “Sabah”ın legioneri Coy-Lens Mikels, həmçinin “Zirə”nin gürcü futbolçusu Davit Volkov da bu mövsümü 11 qolla başa vurub. “Neftçi”nin braziliyalı hücumçusu Tyaqo Bezerra isə 10 qola imza atıb.

Sonda indiyəqədərki çempionatların bütün bombardirlərinin siyahısını təqdim edirik:

MÖVSÜMFUTBOLÇUKLUBQOL
1992Nazim Əliyev“Xəzər”39
1993Samir Ələkbərov“Neftçi”16
1993/94Musa Qurbanov“Turan”35
1994/95Nazim Əliyev“Neftçi”26
1995/96Rövşən Əhmədov“Kəpəz”23
 Fazil Pərvərov“Kəpəz”23
1996/97Qurban Qurbanov“Neftçi”34
1997/98Nazim Əliyev“Dinamo”23
1998/99Alay Bəhramov“Viləş”24
1999/00Badri Kvaratsxeliya“Şəmkir”16
2000/01Paşa Əliyev“Dinamo-Bakılı”13
2003/04Samir Musayev“Qarabağ”20
2004/05Zaur Ramazanov“Karvan”21
2005/06Yakuba Bamba“Karvan”16
2006/07Zaur Ramazanov“Xəzər-Lənkəran”20
2007/08Xaqani Məmmədov”İnter”19
2008/09Valter Quqlemon“İnter”17
2009/10Fərid Quliyev“Standard”16
2010/11Georgi Adamiya“Qarabağ”18
2011/12Bahodir Nasimov“Neftçi”16
2012/13Nikolas Kanales“Neftçi”26
2013/14Reynaldo Silva“Qarabağ”22
2014/15Nurlan Novruzov“Bakı”15
2015/16Dani Kintana“Qarabağ”15
2016/17Filip Ozobiç“Qəbələ”11
 Rauf Əliyev“İnter”11
2017/18Baqali Dabo“Qəbələ”13
2018/19Mahir Mədətov“Qarabağ”16
2019/20Baqali Dabo“Neftçi”7
 Mahir Mədətov“Qarabağ”7
 Stiven Monroz“Neftçi”7
 Peyman Babayi“Sumqayıt”7
2020/21Namiq Ələsgərov“Neftçi”19
2021/22Kadi Borqes“Qarabağ”12
Xəbəri sosial şəbəkələrdə paylaş: