Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
22-ci tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun açılış matçında son çempion “Qarabağ” “Sabah”ı qəbul edəcək. Bu oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Sabah da bir oyun keçiriləcək. “Kəpəz”lə “Səbail” arasındakı qarşılaşma Nicat İsmayıllıya həvalə olunub.
Sonuncu oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Qəbələ” görüşü Rauf Allahverdiyevə, “Zirə” – “Sumqayıt” matçı Tural Qurbanova, “Araz-Naxçıvan”– “Neftçi” qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.
Premyer Liqa
22-ci tur
11 fevral
“Qarabağ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 15:00.
12 fevral
“Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 15:00.
13 fevral
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 15:00.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.
“Araz-Naxçıvan”– “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Dalğa Arena”, 19:30.


