Azərbaycan Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.
Qeyd edək ki, bu gün – dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsində uğurla çıxış edib və pley-offa vəsiqə qazanıb. “Qarabağ”ın pley-off mərhələsindəki rəqibinin kimliyinə bu gün keçiriləcək püşkatma mərasimində aydınlıq gələcək.


