UEFA Çempionlar Liqasının əsas mərhələsində 3-cü turun PSJ – “Barselona” oyununda hər iki komandanın futbolçuları ağır zədə alıblar.
Arena.az xəbər verir ki, Parisdə keçirilmiş qarşılaşmanın ilk hissəsində meydan sahiblərinin hücumçusu Usman Dembele və “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən əvəzləniblər.
Oyunun 20-ci dəqiqəsində Dembelenin əvəzinə Ferran Torres meydana daxil olub. Yeddi dəqiqə sonra isə Olmonun yerinə Fermin Lopes meydana çıxıb.
İkinci hissədə daha iki PSJ futbolçusu oyunu vaxtından əvvəl başa vurmalı olub. Görüşün 59-cu dəqiqəsində zədələnən Xviça Kvaratsxeliyanın əvəzinə Maqnes Akliuş meydana daxil olub. Gürcüstanlı futbolçu meydanı yalnız kənar şəxslərin köməyi ilə tərk edə bilib.
Eyni vaxtda PSJ-nin kapitanı Markinyos da zədə səbəbindən əvəzlənib. Onun yerinə İlya Zabarnı meydana çıxıb.
Qeyd edək ki, 25 yaşlı Kvaratsxeliya 2025-ci ilin qışında Fransa nəhənginə keçib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Futbolçuların zədələrinin ağırlıq dərəcəsi ilə bağlı əlavə məlumat açıqlanmayıb.


