“Sabah” “Borussiya”ya Bakıda məğlub oldu

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bakı klubu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda baş tutmuş görüşü ispaniyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Xavyer Alberola Roxas olub.

“Sabah” liqa mərhələsinin ilk turunda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzmuş, Çexiya təmsilçisi “Slaviya” ilə ev oyununda isə 2:0 hesablı tarixi qələbəyə imza atmışdı.

Dortmund “Borussiya”sı isə Liqa mərhələsinin ilk turunda evdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub etmişdisə, ikinci turda Norveçdə “Bodo Qlimt”ə 0:1 hesabı ilə uduzmuşdu.

Bu komandaların Bakıdakı görüşündə qapılara üç qol vurulub. Yekunda “Borussiya” çətin səfər qələbəsi ilə 3 xalı bayram edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

20 oktyabr

Sabah – Borussiya (Dortmund) 1:2
Qollar: Eyden Makkarti, 39 – Seru Girassi, 10; 53.
Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriqes Moreno, Karlos Alvares Fernandes, Viktor Qarsiya Verdura (İspaniya).
VAR: Sezar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomes (İspaniya).
Bakı Olimpiya Stadionu.

Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 4. Eyden Makkarti, 7. Umarali Rahmonaliyev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 37. Du Keyros, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 9. Xəyal Əliyev, 10. Aleksey İsayev, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

Borussiya: 1. Qreqor Kobel, 3. Valdemar Anton, 4. Niko Şlotterbek (k), 5. Rami Bensebaini, 8. Feliks Nmeça, 9. Seru Girassi, 17. Karni Çukvuemeka, 21. Fabio Silva, 24. Daniel Svensson, 25. Joey Verman, 26. Julian Ryerson.
Ehtiyat oyunçular: 30. Patrik Dreves, 33. Aleksander Meyer, 7. Cob Bellingem, 14. Maksimilian Beyer, 18. İtan Nvaneri, 20. Marsel Zabitser, 22. Joan Qadu, 39. Filippo Mane, 40. Samuele İnasio, 41. Matis Albert, 44. Enzo Dos Santos, 49. Luka Recciani.
Baş məşqçi: Niko Kovaç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: