Futbol üzrə Fransa çempionu PSJ-nin 18 yaşlı cinah hücumçusu İbrahim Mbaye bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Birmingem təmsilçisi Mbayenin transferi üçün Paris klubuna 55 milyon avro ödəyib. Seneqallı futbolçu ilə imzalanmış uzunmüddətli müqavilənin detalları açıqlanmayıb.
PSJ-nin yetirməsi olan İbrahim Mbaye 2025-ci ilin yayından Paris klubunun əsas komandasında çıxış edirdi. O, bu müddətdə 42 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mbaye ötən ilə qədər Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2025-ci ilin noyabrından Seneqalın əsas yığmasında çıxış edir. Millinin heyətində 15 oyuna çıxmış yeniyetmə futbolçu 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.



