Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Qəbələ” bu gün mükafatlandırılıb.
Arena.az xəbər verir ki, tədbir Birinci Liqanın 26-cı turu çərçivəsində keçirilmiş “Zaqatala” ilə ev oyunundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.
İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Xatırladaq ki, “Qəbələ” cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.


