İngiltərənin “Arsenal” klubunun braziliyalı mərkəz hücumçusu Qabriel Jezus bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Kataloniya təmsilçisi bu transfer üçün London klubuna 10 milyon avro ödəyib. 29 yaşlı forvard yeni klubu ilə 3 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, Qabriel Jezus Braziliyanın “Palmeyras” klubunun yetirməsidir. Braziliyalı hücumçunun Avropa karyerası “Mançester Siti”də başlayıb. O, “Arsenal”a 2022-ci ilin iyulunda 52,2 milyon avro məbləğ müqabilində elə, “şəhərlilər”in düşərgəsindən keçmişdi. “Qabbi”nin “topçular”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Jezus “Arsenal”ın heyətində ümumilikdə 123 oyun keçirib, 32 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Qabriel Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, həm “Arsenal”, həm də “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləri sırasındadır. “Bayquşlar” İspaniya çempionu ilə bu il noyabrın 25-də Bakıda, İngiltərə çempionu ilə gələn il yanvarın 27-də Londonda üz-üzə gələcəklər.


