“Qalatasaray” növbəti transferini açıqladı

Türkiyənin “Qalatasaray” klubu növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Renn” klubunun sağ cinah müdafiəçisi Saşa Boy ilə güclənib.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı fransız oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Saşa Boy “Renn”in öz yetirməsidir. Müdafiəçi 2019-cu ildən bu klubun əsas komandada forma geyinirdi. O, geridə qalan mövsümü icarə əsasında “Dijon”da keçirib. Gənc futbolçu bu komandanın heyətində 24 matça çıxıb.

“Qalatasaray” daha öncə Aytaç Kara, Alpaslan Öztürk, Barış Alper Yılmaz və Aleksandr Çikaldaunu transfer etmişdi. İstanbul klubu Niderland yığmasının üzvü Patrik van Anholtun da transferini tezliklə açıqlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: