“Qarabağ” 2024-cü ildəki ilk oyununda 7 qol vurdu

2023/2024 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 5-də start vermiş “Qarabağ” təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, komanda məşqlərini Bakıda gerçəkləşdirir.

Qurban Qurbanovun yetirmələri bu gün ilk yoxlama oyununu keçirib. İlk sınaq matçındakı rəqib klubun əvəzedicilərdən ibarət komanda olub.

Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan əsas komandanın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə də yoxlama oyunu keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: