“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində özünə daha bir rəqib tapıb. Arena.az xəbər verir ki, Ağdam klubu iyulun 15-də Almaniyanın Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq.
Bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb. Amma hələ bu oyunun başlama saatı dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiyanın “Arsenal” (Tula) komandaları ilə də yoxlama matçı keçirəcək.


