“Qarabağ” bu gün “Tvente” ilə 2 yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” klubu bu gün daha iki yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gələcək.

İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci oyun isə saat 19:15-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan çempionu Avstriyada keçirdiyi ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələmişdilər.

“Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Ağdam klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: