“Qarabağ” – “Ferentsvaroş” matçına 28800 bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyununa satılmış biletlərin sayı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, indiyə qədər bu qarşılaşmaya 28800 bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tam tükənməsi istisna edilmir.

Xəbərdə o da qeyd olunur ki, stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək. Səfərdə gerçəkləşmiş ilk oyunda Azərbaycan çempionu 3:1 hesablı qələbəyə sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: