“Qarabağ” – “Molde” matçının biletləri satışa çıxarılır

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan iticket.az-da satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

  1. Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
  2. “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
  3. Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
  4. Yeni satış məntəqəsi – “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 21-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

Azərbaycan çempionu və “Molde”nin yer aldığı H qrupunda Almaniyanın “Bayer” və İsveçin “Hakken” klubları da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: