“Qarabağ” – “Sabah” 3:4 – Video

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Sabah” matçı meydan sahiblərinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Xatırladaq ki, bu görüşdəki məğlubiyyətə baxmayaraq, ilk oyunda 7:1 hesabıyla qalib gəlmiş Ağdam təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
8 fevral

“Qarabağ” – “Sabah” 3:4
Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 62. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.
Sarı vərəqələr: Mateus Silva, 38 (qeyri-idman hərəkəti) – Boyan Letiç, 37 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Riçard Almeyda, 78 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 20:00. Tofiq Bəhramov adına Respublika Stadionu. 750 tamaşaçı.

Baş hakim: Rauf Allahverdiyev.
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Cəmil Quliyev.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 63), 7. Yassin Benzya (6. Julio Romao, 82), 17. Hamidu Keyta, 8. Marko Yankoviç (66. Patrik Andrade, 63) 11. Adama Diakabi (29. Marko Veşoviç, 87), 2. Mateus Silva (13. Bəhlul Mustafazadə, 63), 19. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil (19. Emmanuel Apeh, 82), 7. Boyan Letiç (88. Xəyal Əliyev, 90+2), 28. Kahim Parris (17. Tellur Mütəllimov, 69), 12. Vensan Till (9. Anatoli Nuriyev, 82), 27. Jarl Marqarita (70. Jesse Sekidika, 69).
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.