“Qarabağ” və “Qəbələ” nə vaxt mükafatlandırılacaqlar?

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Qarabağ” mükafatlandırılacaq.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Tədbir mayın 18-də “Azərsun Arena”da keçiriləcək. Premyer Liqanın 35-ci turu çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

PFL-in yaydığı digər xəbərə görə, Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Qəbələ”yə də qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi mayın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: