“Qarabağ”ın AEL-lə cavab matçının da hakimləri bilindi

“Qarabağ”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində AEL-ə (Kipr) qarşı keçirəcəyi cavab matçının da hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristo Tover təyin olunub. Ona yan xətt hakimləri Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Karl Koppel yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – AEL matçına saat 20:00-da start veriləcək.

“Qarabağ”ın Kipr klubu ilə ilk oyunu isə avqustun 5-də “AEK Arena”da baş tutacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq həmin görüşü İsveçdən olan hakimlər idarə edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: