“Qarabağ”ın iki əməkdaşı “Johan Cruyff” diplomunu aldı

Azərbaycan çempionu “Qarabağ”ın iki əməkdaşı – Nail Kərimov və Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubun futbol akademiyasının meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıblar. Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Qeyd edək ki, “Qarabağ”ın tərəşdaşı olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: