“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”inə (Fransa) qarşı Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Polşadan olan hakimlər briqadasına həvalə edib.
Matçın baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Marçin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu qarşılaşmaya saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə məğlub olub.


