Qaret Beyl Cud Bellingemə: “KİV-in kuklası ol, yoxsa…”

“Real”ın uelsli sabiq sağ cinah hücumçusu Qaret Beyl “qaymaqlılar”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemə “məsləhət” verib.

Arena.az məlumat verir ki, Beyl bu barədə “A League of Their Own” oyun şousunda danışıb:

“Ən böyük məsləhət: özünü Madriddə sübut et. Əgər bunu etməyəcəksənsə, KİV-in istədiyini et. Onlarla danış, onların kuklası ol, əks halda çox tənqid alacaqsan… Oyunlardan sonra danış, ispan dilini öyrən və bu kimi şeylər”, deyə Qaret Beyl bildirib.

Xatırladaq ki, Bellingem yaxınlarda aldığı yüngül çiyin zədəsinin müalicəsi ilə məşğuldur və futbolçunun beynəlxalq fasilədən sonra tədricən yaşıl meydanlara qayıdacağı təxmin edilir.

Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: