Qaret Beyl: “Futbol oynamaq üçün MY-yə keçmədim”

Uels yığmasının keçmiş hücumçusu Qaret Beyl “Sauthempton”dan “Mançester Yunayted”ə baş tutmayan keçidi haqda danışıb.

Arena.az “Manchester Evening News”a istinadən Beylin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mançester Yunayted”dən gələn təklifi rədd etdim və “Tottenhem”ə keçdim. O vaxt “Yunayted” ən yaxşı oyunçuları və ən yaxşı çalışdırıcısı ilə qənimətlər qazanan, Premyer Liqanın ən nəhəng komandası idi.

“Sauthempton”da oynayanda İngiltərənin ən böyük klubu olan “Yunayted”ə keçmək asan qərar olardı. Həmişə ən böyük klublarda oynamaq istəyirsən, amma mən futbol oynamaq qərarına gəldim. Bu yaşda bir çox oyunçu pul axtarır və daha böyük kluba keçmək istəyir. Futbol oynamağa davam etmək mənim inkişafım üçün vacib idi, ona görə də mən Tottenhemi seçdim”, deyə Beyl açıqlayıb.

Xatırladaq ki, Qaret Beyl karyerası ərzində “Sauthempton”, “Tottenhem”, “Real” və “Los-Anceles” klublarında çıxış edib. Beylin karyerasının ən uğurlu dövrü “Real”da çıxış etdiyi illəri əhatə edir. Beyl “Kral klubu” ilə 3 dəfə La Liqanı, 1 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Super Kubokunu, 5 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu və 3 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Beyl lideri və kapitanı olduğu Uels yığmasında 2006-cı ilin may ayında debüt edib. O, bu komandanın heyətində 111 oyuna çıxıb, 41 qol vurub. Hər iki göstəriciyə görə Beyl Uels yığmasının rekordçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: