Fransanın “France Football” nəşri ilin sonunda ən yaxşı oyunçuya verilən “Qızıl top” mükafatına 30 iddiaçının adını açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıda bu mükafata əsas namizədlər hesab olunan Lionel Messi, Erlinq Haland və Kilian Mbappe də var.
Maraqlıdır ki, “Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar və “Əl-Nəsr”in portuqal hücumçu Kristiano Ronaldo namizədlər arasında yer almayıblar. Bu, son 20 ildə ilkdir. 38 yaşlı oyunçu sonuncu dəfə 2003-cü ildə namizədlər arasında olmayıb.
Əvəzində “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilk dəfə bu mükafata namizədlər siyahısında yer alıb.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da Parisdə təşkil olunacaq. Mükafatın sonuncu qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən Kərim Benzemadır.
2023-cü ildə bu mükafatı qazanmağa namizəd 30 futbolçu bunlardır:
Andre Onana (“Mançester Yunayted”)
Kərim Benzema (“Əl-İttihad”)
Yoşko Qvardiol (“Mançester Siti”)
Camal Musiala (“Bayern”)
Məhəmməd Salah (“Liverpul”)
Emiliano Martines (“Aston Villa”)
Xviça Kvaratsxeliya (“Napoli”)
Yassin Bono (“Əl-Hilal”)
Martin Edeqor (“Arsenal”)
Xulian Alvares (“Mançester Siti”)
İlkay Gündoğan (“Barselona”)
Vinisius Junior (“Real”)
Ruben Dias (“Mançester Siti”)
Erlinq Haland (“Mançester Siti”)
Nikolo Barella (“İnter”)
Cud Bellingem (“Real”)
Bukayo Saka (“Arsenal”)
Kevin De Bröyne (“Mançester Siti”)
Bernardo Silva (“Mançester Siti”)
Randal Kolo Muani (PSJ)
Lionel Messi (“İnter Mayami”)
Rodri (“Mançester Siti”)
Lautaro Martines (“İnter”)
Antuan Qrizmann (“Atletiko”, Madrid)
Robert Levandovski (“Barselona”)
Kilian Mbappe (PSJ)
Viktor Osimhen (“Napoli”)
Kim Min Jae (“Bayern”)
Luka Modriç (“Real”)
Harri Keyn (“Bayern”)


