Rəhim Həsənov Tovuzdakı sayılmayan qoldan danışdı – Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 2-ci turundakı mübahisəli epizodları şərh edib.

Arena.az xəbər verir ki, o, bununla bağlı qurumun mətbuat xidmətinə açıqlama verib.

Həsənov ənənəvi olaraq, 2-ci turun oyunlarındakı mübahisəli hakim qərarlarını tək-tək şərh edib. O, “Turan Tovuz” – “Şamaxı” oyunundakı sayılmayan qola da münasibətini açıqlayıb.

Rəhim Həsənov meydan sahiblərinin cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini təstiqləyən aydın görüntü olmadığını deyib:

“Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır”.

Xatırladaq ki, qarşılaşma qolsuz başa çatıb.

Hakimlər Komitəsinin sədri digər mübahisəli qərarlarda da hakimlərin haqlı olduğunu bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: