Rəşad Sadıqov jurnalistlərə atmaca atdı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunun “Qəbələ” ilə səfər oyunundan sonra jurnalistlərə atmaca atıb.

Arena.az xəbər verir ki, buna qədər keçirdiyi bütün oyunlardan qalib ayrılmış Zirə təmsilçisi Qəbələdəki görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında maraqlı hadisə yaşanıb. Belə ki, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb zalı tərk edərkən qələm əhlinə atmaca atıb. O, zaldan çıxanda “Deyirsiz penalti yox idi? Bu barədə sual vermədiz” sözlərini dilə gətirib.

Xatırladaq ki, qarşılaşmanın ikinci hissəsində “Qəbələ”nin cərimə meydançasında qarışıqlıq zamanı qonaqların iki futbolçusuna qarşı kobudluq olub. Epizod hətta VAR-da da incələnib və görüntülərin təkrarını izləyən baş hakim Cavid Cəlilov penalti olmadığını bildirib. Lakin Sadıqov həmin epizodun penalti olduğunu düşündüyü üçün bu məqamın mətbuat konfransında qabardılmamasına işarə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: