Radamel Falkao əməliyyat olundu

Türkiyənin “Qalatasaray” klubu kolumbiyalı hücumçusu Radamel Falkao yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu komandasının məşqi zamanı zədə alıb.

Belə ki, o, son məşqlərin birində komanda yoldaşı Kerem Aktürkoğlu ile baş-başa toqquşub. Bu üzdən də təcrübəli futbolçunun üz sümükləri qırılıb. Bu gün o, əməliyyat olunub. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq Falkaonun azı 2-3 həftə komandasına kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Onun bir müddət maska ilə oynaması da ehtimal olunur.

Qeyd edək ki, Radamel Falkao bu mövsüm Super Liqada meydana çıxdığı 14 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: