Rafael Ağayev Azərbaycan millisinin məşqini izlədi

Dünya şöhrətli karateçi Rafael Ağayev qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqini izləyib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Milli üzvləri ilə söhbət edən idmançı UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək matçda onlara uğurlar arzulayıb. Rafael Ağayev həmçinin azarkeşləri oyuna gəlməklə millini dəstəkləməyə dəvət edib.

Qeyd edək ki, Azərbaycan – Litva görüşü mayın 30-da Bayıl stadionunda keçiriləcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: