Rafinya Messinin La Liqadakı göstəricisini təkrarladı

İspaniya La Liqasının ilk 3 turunda 5 qol vurmuş “Barselona”nın braziliyalı hücumçusu Rafinya Lionel Messinin göstəricisini təkrarlayıb.

Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı forvard 2026/2027-ci illər mövsümünün startında qarşılaşdıqları “Elçe” və “Rayo Valyekano” ilə matçlarda dubla imza atıb. O, “Atletik”lə görüşdə də bir dəfə fərqlənib.

Braziliyalı hücumçu klubun tarixində son 6 ildə buna nail olmuş ilk futbolçudur. Rafinya hazırda 5 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir.

“Barselona” mövsümün startında keçirdiyi matçlarda 12 qol vurub ki, bunlardan 5-i məhz braziliyalı hücumçunun payına düşüb.

Qeyd edək ki, “Barselona”da sonuncu dəfə 2020/2021-ci illər mövsümündə Lionel Messi çempionatın ilk 3 matçında fərqlənməyi bacarmışdı. Həmçinin Sesk Fabreqas (2011/2012), Zlatan İbrahimoviç (2009/2010) və Samuel Eto (2006/2007) da analoji göstəriciyə imza atıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: