Rahid Əmirquliyev üçün yubiley matçı – 450-yə çatdı

Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib. Arena.az xəbər verir ki, “dənizçilər”in kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.

O, Bakı klubuna qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub – 0:3.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran Rahid Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: