Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın LKS klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Cənubi Koreyanın “Qanqvon” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.
Rahil bu oyuna start heyətində başlayıb. O, 60-cı dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
Qarşılaşma isə Rahilin komandasının 3:2 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bir müddət öncə 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib.


