Rahil Məmmədov LKS-lə 2-ci qələbəsinə sevindi – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 24-cü turu çərçivəsində baş tutmuş Poznan “Varta”sı ilə oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Lodz təmsilçisi 75-ci dəqiqədə vurduğu yeganə qolla meydanı qalib tərk edib.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın ardıcıl ikinci qələbəsidir. Lodz klubu cari mövsümdə cəmi 4 qələbə qazanıb, 4 heç-heçə edib və 16 oyunda məğlub olub.

Rahil “Varta” ilə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 24 matçdan sonra 16 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 6 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: