Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 21-ci turu çərçivəsində baş tutan Lodz derbisinin – “Vidzev”lə oyununun iştirakçısı olub.
LKS doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Lodz təmsilçisi 54 və 90+2-ci dəqiqələrdə buraxan qollarla məğlub olub.
Rahil bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, LKS 20 matçdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 2 rəsmi oyuna çıxıb.


