Rahil Məmmədov “Pyast”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 32-ci turu çərçivəsində baş tutmuş “Pyast”la oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 21-ci məğlubiyyətidir. Lodz klubu bu mövsüm 5 qələbə qazanıb, 6 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb.

Rahil bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 32 matçdan sonra 21 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb və elitanı tərk edəcəyi dəqiqləşib.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 14 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: