Rahil Məmmədov “Struqa”ya qarşı 75 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın LKS klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın “Ştruqa” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.

Rahil bu oyuna start heyətində başlayıb. O, 75-ci dəqiqədə, hesab 3:3 olarkən əvəzlənib.

Qarşılaşma isə LKS-in 4:3 hesablı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bu ilin yanvar ayında 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib. Məmmədov komandasının Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində baş tutan əvvəlki üç oyunda da iştirak etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: