Ramil Şeydayev 8 oyunluq cəzalandırıldı

Tailandın “Buriram Yunayted” komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

Arena.az xəbər verir ki, buna onun Asiya Çempionlar Liqasında Çinin “Qrintaun” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi səbəb olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Ramilin komanda yoldaşlarından da ikisi 6 oyunlar cəza ilə üzləşib.

Xatırladaq ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub. Ramil hadisələrin əsas iştirakçılarından biri kimi diqqət mərkəzinə düşüb.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 16 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: