Ramil Şeydayev “Buriram Yunayted”də debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası “Utai Tani” ilə yoxlama oyunu keçirib.

Azərbaycanlı futbolçu bu matçın start heyətində yer alıb. Görüş “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: