Ramil Şeydayev məhsuldar ötürmə verdi, komandası… – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Honkonqun “Kitçi” kollektivi ilə yoxlama oyunu keçirib.

Azərbaycanlı futbolçu bu matçın start heyətində yer alıb. Görüş “Buriram Yunayted”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

“Buriram Yunayted” daha əvvəl yerli “Utai Tani” ilə də yoxlama oyunu keçirmiş və 2:1 hesabıyla qalib gəlmişdi. Ramil həmin oyuna da start heyətdə başlamışdı.

Xatırladaq ki, bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: