Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev Ağdam klubunda 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb. Ramil 100 matçda 30 qola imza atıb.
Ramil Şeydayev ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.
Maraqlıdır ki, Şeydayevin “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.
Xatırladaq ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Qarabağ” 57 xalla vahid liderdir, “Kəpəz” isə 14 xalla 9-cudur.