Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün ilk turunun iştirakçısı olub.
“Buriram Yunayted” mövsümün açılış oyununda “Khonken Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qolsuz “sülh”lə ayrılıb. Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu sonadək meydanda qalıb.
Bu nəticədən sonra ilk xalını qazanan “Buriram Yunayted” və “Khonken Yunayted” komandaları müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşıblar.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də kubokun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.


