Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 20-ci turu çərçivəsində səfərdə “Altay”la qarşılaşıb.
Görüş Kocaeli klubu üçün uğurlu alınıb. Səfərdə iki qola imza atan Ramilin yeni komandası inamlı qələbəyə sevinib.
Şeydayev bu oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə də alıb.
“Kocaelispor” bu nəticədən sonra 39 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.


