Ramil Şeydayevin komandası onun yoxluğunda 4 qol vurdu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Tailand çempionatının 2023/2024 mövsümünün 15-ci turu çərçivəsində “Uthani Thani” ilə qarşılaşıb.

“Buriram Yunayted” doğma meydanda üz-üzə gəldiyi bu rəqibinə 4:0 hesabıyla qalib gəlib. İlk hissədə penaltidən hesabı açan futbolçumuzun komandası fasilədən sonra daha üç qol vurub.

Şeydayev bu qarşılaşmanın iştirakçısı olmayıb. Cari mövsümdə 1 qol vurub, 4 məhsuldar ötürmə etmiş 27 yaşlı azərbaycanlı hücumçunun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.

Hazırda 24 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: