Ramil Şeydayevin ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının bombardiri Ramil Şeydayevin mövsüm ərzində vurduğu qollardan ibarət videoçarx hazırlayıb.

Arena.az sizi həmin videoçarxla tanış edir.

Xatırladaq ki, futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə ən çox qol vuran futbolçusu məhz millimizin hücumçusu olub. Ramil rəqib qapılarından 22 qol keçirib. Şeydayevin ən yaxın izləyicisi isə ondan cəmi bir qol az vuran Musa Qurbanlı olub:

Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 21 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 17 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol
Runi Eva (“Turan Tovuz”) – 16 qol

Xəbəri sosial şəbəkələrdə paylaş: