Rauf Cabbarov Avropa Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Rauf Cabbarov futbol üzrə Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, Albaniyada yerli “Vlajniya” ilə Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək cavab matçını idarə edəcək.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Rauf Cabbarov bu qarşılaşmanın baş hakimi təyin edilibsə, digər həmyerlilərimiz Namiq Hüseynov və Cavanşir Yusifov yan xətt hakimi kimi ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Xatırladaq ki, “Vlajniya” – “Linfild” matçı iyulun 20-də baş tutacaq. Qarşılaşmaya saat 22:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: