Region Liqasında final matçının yeri bəlli oldu

AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün final matçının və 3-cü yer uğrunda oyunun yeri və başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələ şəhərində təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Xatırladaq ki, AFFA Region Liqasında yarımfinal mərhələsinin cavab görüşləri mayın 18-də baş tutacaq. İlk oyunlarda “Göyəzən” “Şirvan”ı 4:1, “Xankəndi” isə “Ağstafa Gəncləri”ni 4:0 hesabıyla məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: