Türkiyənin “Hatayspor” klubunda çıxış edən mərkəz hücumçusu Renat Dadaşov Azərbaycanın ən bahalı futbolçusudur.
Arena.az xəbər verir ki, nüfuzlu “Transfermarkt” internet-portalı postsovet məkanının hər bir ölkəsinin ən bahalı futbolçusunu təqdim edib.
Keçmiş Sovet İttifaqı ölkələrinin ən bahalı futbolçusu “Napoli”nin və Gürcüstan yığmasının vingeri Xviçi Kvaratsxeliyadır. Gürcü vingerin transfer dəyiri 80 milyon avro məbləğində qiymətləndirilir.
Azərbaycanın ən bahalı futbolçusu isə Türkiyənin “Hatayspor” klubunda çıxış edən mərkəz hücumçusu Renat Dadaşovdur. Onun transfer dəyəri 2 milyon avro məbləğində qiymətləndirilir.
Xatırladaq ki, Renat “Hatayspor”da icarə əsasında çıxış edir. Türkiyə klubu onu müqavilə ilə məxsus olduğu “Qrasshopper”dən (İsveçrə) bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb.
Postsovet məkanının hər bir ölkəsinin ən bahalı futbolçusunu təqdim edirik:
Gürcüstan: Xviça Kvaratsxeliya (80 milyon avro, “Napoli”);
Ukrayna: Aleksandr Zinçenko (42 milyon avro, “Arsenal”);
Rusiya: Alekandr Qolovin (30 milyon avro, “Monako”);
Ermənistan: Eduard Spertsyan (18 milyon avro, “Krasnodar”);
Qazaxıstan: Baktiyor Zaynutdinov (6 milyon avro, “Beşiktaş”);
Moldova: Oleq Ryabçuk (5 milyon avro, “Spartak” (Moskva));
Özbəkistan: Abbosbek Fayzullayev (5 milyon avro, CSKA, Moskva);
Litva: Qvidas Qineytis (2 milyon avro, “Torino”);
Estoniya: Karl Heyn (2 milyon avro, “Arsenal”);
Belarus: İlya Şkurin (2 milyon avro, “Stal”);
Azərbaycan: Renat Dadaşov (2 milyon avro, “Hatayspor”);
Latviya: Raymonds Krollis (1,5 milyon avro, “Vişkov”);
Tacikistan: Rüstəm Yatimov (1,2 milyon avro, “İstiklol”);
Qırğızıstan: Güljigit Alıkulov (550 min avro, “Neman”);
Türkmənistan: Ruslan Minqazov (450 min avro, “Kitçi”).


