Renat Dadaşov 7-ci qolunu vurdu, “Qrasshopper”…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 24-cü turu çərçivəsində “Vintertur”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da azərbaycanlı hücumçu vurub. O, 41-ci dəqiqədə hesabı açıb. Renat qarşılaşmanın 90+4-cü dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.

“Qrasshopper” hazırda 28 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 23 oyuna 7 qol, 2 məhsuldar ötürmə və 8 sarı vərəqə var.

Xəbəri sosial şəbəkələrdə paylaş: