Renat Dadaşov 88 dəqiqə oynadı, “Qrasshopper” yenə məğlub oldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 22-ci turu çərçivəsində “Lutsern”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Meydan sahibləri 76-cı dəqiqədə vurduqları yeganə qol sayəsində bu matçdan qalib ayrılıblar – 1:0.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və 88-ci dəqiqədə əvəzlənib.

Ardıcıl üçüncü, cari mövsümdə isə 10-cu məğlubiyyətini alan “Qrasshopper” hazırda 24 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 20 oyuna 6 qol və 2 məhsuldar ötürmə var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: