Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 16-cı turu çərçivəsində “Bazel”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. Komandasına qələbə gətirən yeganə qolu da 34-cü dəqiqədə məhz azərbaycanlı hücumçu vurub.
“Qrasshopper” hazırda 20 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


